Ən böyük cihad Quran anladılaraq edilir

Ənənəvi inancda bir çox anlayış kimi cihad da fərqli şəkildə izah olunur.

Cihad” kəlməsinin kökü “cəhd” sözüdür. Ərəbcə mənaları bunlardır:

  1. Çalışmaq, cəhd göstərmək, fədakarlıq etmək
  2. Nəfsinə hakim olmaq

Bu mənalardan başa düşülür ki, İslamda cihad başqalarını məlumatlandırmaq, gözəl əxlaqı öyrətmək, insanları pislikdən uzaqlaşdırmaq üçün səy göstərməkdir.

Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali-İmran surəsi, 104)

…QURANLA öyüd-nəsihət ver! (Qaf surəsi, 45)

Sən kafirlərə baş əymə və onlara qarşı bununla (bu Quranla) böyük bir cihad et! (Furqan surəsi, 52)

Necə ki, ayələrdən də anlaşıldığı kimi, CİHADIN ƏN ÜSTÜNÜ QURANI TƏBLİĞ ETMƏKDİR. Qurana görə müsəlmanlar saleh işlər görəcəklər və bunu ətrafdakılara göstərib onları da təşviq edəcəklər.

Bir müsəlman üçün Allahın varlığının bütün insanlar tərəfindən bilinib qavranması, bütün insanların hesab günü sorğu-sual olunacağından xəbərdar olması öz ticarətindən, əyləncə və ya istirahətindən daha əhəmiyyətlidir. Allah bir ayədə belə bildirir:

De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”. (Tövbə surəsi, 24)

Müsəlmanlar təbliğ vaxtı ən gözəl sözdən və yumşaq üslubdan istifadə edərlər. Müsəlmanlar İslamı təbliğ edərkən insanları incitməzlər və davranışları ilə qəlblərdə sevgi oyadarlar.

Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl surəsi, 125)