Allah “Ali-İmran” surəsinin 37-ci ayəsində: “Rəbbi onu (hz.Məryəmi) yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi…” –deyə buyuraraq qadının incə və zərif olduğunu göstərmiş, “Züxruf” surəsinin 18-ci ayəsində isə “zinət içində böyüdülən və çəkişmə zamanı aydın danışa bilməyən” ifadəsi ilə qadının dəyər verilməsi gərəkən gözəlliyinə diqqət çəkmişdir.
Qadına qəlbində nifrət və kin bəsləyənlərin sahib olduğu psixoloji pozuntularla əlaqədar “Onlardan birinə qızı olması ilə müjdə verildikdə hikkəsindən üzü qapqara qaralır” (Nəhl surəsi, 58), “Diri-diri basdırılmış qızın hansı günaha görə öldürülməsi soruşulacağı zaman” (Təkvir surəsi, 8-9) ayələri ilə qadına qarşı düşmən münasibəti bəsləyənlərin mövcudluğu açıq şəkildə açıqlanmışdır.
Halbuki Allah Quranda “ən üstün olanınız təqvaca ən üstün olanınızdır” şəklində buyurmuşdur. Üstünlük ağıl, vicdan, diqqət və elmlə olur. Bir çox qadın bu mövzuda kişilərdən üstün yaradılmışdır.