Peyğəmbərimizin (səv) söylədiyi hər söz və etdiyi hər iş vəhy deyil. Quran Peyğəmbərimizin (səv) söylədiklərini vəhydən ayırmışdır. Peyğəmbərə yalnız Quran vəhy olunmuşdur.
Davamını oxuyun →
İslamı 5 şərtlə məhdudlaşdırmaq Allahın digər əmrlərinə (Quran ayələrini tənzih edirik), haşa, əhəmiyyət verməməkdir.
Allah dinin bütün hökmlərini və xırdalıqlarını Quranda bildirmişdir. Qurana uyğun gəlməyən bütün düşüncə və hərəkətlər tamamilə yanlışdır. Öz həvəs və istəkləri, yaxud cəmiyyətin və atalarının batil ənənələri əsasında din adından fətva verənlər Quranda qınanmışdır.
Qəsdən və ya bilmədən orucunu pozan, yaxud tuta bilməyən ramazandan sonra tutmadığı hər gün üçün elə bir gün qəza orucu tutmalıdır. Allah bizim çətinliyə düşməyimizi istəmir.
Rəbbimiz oruc tutmağı əmr edir. Oruc yeyib-içməmək və cinsi əlaqəyə girməməkdir. Qadınların makiyaj etməsi orucu pozmur, istədikləri şəkildə baxımlı və makiyajlı olaraq oruc tuta bilərlər.
Allah oruc tutmağı əmr edir. Oruc yeməmək, içməmək və cinsi əlaqəyə girməməkdir. Lakin gün ərzində insanın gücü çatmadığı müəyyən ehtiyacları olur. Bunları aradan qaldırmaq üçün heç bir problem yoxdur. Əgər olsaydı, Rəbbimiz bunları mütləq bildirərdi və bunu etməyimizi Quranda qadağan edərdi.
Qadınlar adət vaxtlarında cinsi əlaqəyə girə bilməz, lakin bütün ibadətlərini edə bilərlər. Quranda buna dair heç bir qadağa yoxdur. Çünki İslam qadını heç bir zaman pis görməz. Qadınlar gözəl bir bitki kimidir. Özlərini yaxşı hiss edirlərsə, oruc tutmalıdırlar.
Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz. Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq onlara yaxınlaşın və Allahın sizin üçün bəyəndiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap qara…
Hər bir ibadət kimi oruc haqqında da bütün məlumatlar dinimizin tək qaynağı Quranda bildirilmişdir. “Bəqərə” surəsinin 183, 184, 185 və 187-ci ayələrində oruc tutmaq haqqında hər şey verilmişdir. Bunlardan biri də orucun ramazan ayı boyu tutulması məsələsidir. Bəli, oruc ramazan ayında tutulur və sayılı günlərdir. Quranda bu barədə belə xəbər verilir: Ey iman gətirənlər! ORUC…
(De:) "Allah bu kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?"...
(Ənam surəsi, 114)